🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 03:58   •   🌡️ Bakı

Livanda ölənlərin sayı 3 mini keçdi

Azərbaycan.media xəbər verir ki, Livanda martın 2-dən etibarən başlayan hərbi eskalasiya nəticəsində İsrailin endirdiyi zərbələr zamanı 3 020 nəfər həlak olub, 9 273 nəfər isə yaralanıb.
Bu barədə Livan Səhiyyə Nazirliyi “X” sosial şəbəkəsində məlumat yayıb.
Bildirilib ki, yalnız son sutka ərzində İsrail Hərbi Hava Qüvvələrinin həyata keçirdiyi hücumlar nəticəsində 32 nəfər ölüb, daha 64 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Hazırda bölgədə vəziyyətin gərgin olaraq qaldığı və hücumların davam etdiyi qeyd olunur.