🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 03:53   •   🌡️ Bakı

San-Dieqoda İslam Mərkəzində silahlı insident: ölənlər var

Azərbaycan.media xəbər verir ki, ABŞ-ın San-Dieqo şəhərində yerləşən İslam Mərkəzində atışma hadisəsi baş verib.
Məlumata görə, insident nəticəsində azı iki nəfər həyatını itirib. Hadisədən sonra məscid nəzdində fəaliyyət göstərən məktəbdən uşaqların təxliyəsinə başlanılıb.
Əraziyə çoxsaylı hüquq-mühafizə qüvvələri cəlb olunub. Bildirilir ki, hadisə yerində yüzə yaxın polis əməkdaşı xidmət aparır, həmçinin təhlükəsizlik məqsədilə snayperlər yerləşdirilib.
Hazırda ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib, hadisənin səbəbləri araşdırılır.
“The Sun” nəşri hadisə ilə bağlı əlavə məlumatların yaxın saatlarda açıqlanacağını bildirib.