Odlar.media xəbər verir ki, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda 37,9 milyard kubmetr təbii qaz hasil edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,8% azdır.
Energetika Nazirliyinin məlumatına görə, hesabat dövründə qaz hasilatının 10,8 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 20,6 milyard kubmetri “Şahdəniz”, 1,2 milyard kubmetri isə “Abşeron” yatağının payına düşüb. SOCAR-ın hasilatı 5,3 milyard kubmetr təşkil edib.
Doqquz ay ərzində xaricə 18,4 milyard kubmetr qaz ixrac olunub. Bu, illik müqayisədə 0,5% çoxdur.
İxracın 8,6 milyard kubmetri Avropaya, 7 milyard kubmetri Türkiyəyə, təxminən 1,6 milyard kubmetri Gürcüstana yönəldilib. TANAP vasitəsilə Türkiyəyə 4,2 milyard kubmetr qaz çatdırılıb. Hesabat dövründə Suriyaya da 1,2 milyard kubmetr təbii qaz ixrac edilib.
Odlar.media