XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 09:02:43 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Zelenski: Ukrayna Rusiyanın neft emalı zavodlarına zərbələri bərpa edəcək

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Ukrayna ABŞ-ın kəşfiyyat məlumatlarının mübadiləsini məhdudlaşdırması və Ukrayna hərbçiləri üçün “Starlink” xidmətinə məhdudiyyətlər qoymasından sonra Rusiyanın neft emalı zavodlarına hücumları bərpa edəcək.
Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə “Financial Times” qəzetinə müsahibəsində bildirib.
Zelenskinin sözlərinə görə, Kiyev ABŞ Prezidenti Donald Trampın elan etdiyi enerji atəşkəsi çərçivəsində üç gün ərzində Rusiyanın enerji infrastrukturuna zərbələr endirməyib. Lakin Rusiya Ukraynanın enerji obyektlərinə hücumlarını davam etdirib.
Prezident bildirib ki, Rusiyanın hücumları nəticəsində 100-dən çox mülki şəxs həlak olub və bundan sonra neft emalı zavodlarına zərbələrə qoyulan məhdudiyyət aradan qaldırılıb.

Odlar.media

Etiketlər: