Mətn:
Odlar.media xəbər verir ki, oktyabrın 14-nə keçən gecə Ukraynada “Starlink” peyk rabitəsi terminallarının işində yaranan məhdudiyyət bir sıra mühüm hərbi missiyaların pozulmasına səbəb olub.
APA-nın məlumatına görə, bu barədə Ukraynanın müdafiə nazirinin sabiq müşaviri Serqiy Sternenko “Telegram” kanalında bildirib.
Onun sözlərinə görə, terminallar saatda 160 kilometrdən yüksək sürətlə hərəkət zamanı rabitəni itirməyə başlayıb. Nəticədə bir sıra mühüm missiyalar həyata keçirilməyib.
Sternenko məhdudiyyətlərin “SpaceX” şirkəti tərəfindən ABŞ Prezidenti Donald Tramp administrasiyasının müraciəti əsasında tətbiq edilmiş ola biləcəyini ehtimal edib.
Odlar.media