Mətn:
Odlar.media xəbər verir ki, Mərkəzi Amerika ölkəsi Panamada 6,1 bal gücündə zəlzələ qeydə alınıb.
ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, zəlzələnin episentri Rio Qrande şəhərindən 18 kilometr qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
İlkin qiymətləndirmələrə əsasən, yeraltı təkanlar tələfat və maddi ziyana səbəb olmayıb.
Qeyd edək ki, oktyabrın 9-da Panamada baş verən 7,7 bal gücündə zəlzələ nəticəsində 30 nəfər xəsarət alıb, yüzlərlə insan evsiz qalıb.
Odlar.media