Mətn:
Odlar.media xəbər verir ki, Lənkəran şəhərində ər həyat yoldaşına və azyaşlı övladına bıçaq xəsarətləri yetirib.
Hadisə Zərifə Əliyeva küçəsində, “Müəllimlər binası” kimi tanınan yaşayış binasında baş verib. Xanbulan kənd sakini, 34 yaşlı Allahşükür Ağazadə kirayədə yaşadıqları mənzildə həyat yoldaşı, 1997-ci il təvəllüdlü Rəvanə Ağazadəyə çoxsaylı bıçaq zərbələri endirib. Zərbələrdən bir neçəsi ananın qucağında olan, 2023-cü il təvəllüdlü övladına da dəyib.
Ağır xəsarət alan ana və uşaq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisəni törətməkdə şübhəli bilinən Allahşükür Ağazadə polis əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Odlar.media