Odlar.media xəbər verir ki, Bakıda dana ətinin kiloqramı 19 manata, Beyləqanda 17 manata, Bərdədə isə 17 manat 50 qəpiyə təklif olunur. Beləliklə, paytaxtda qiymət bölgələrlə müqayisədə 1,50–2 manat yüksəkdir.
Bərdədə fəaliyyət göstərən qəssablar alış qiymətlərinin artdığını, buna baxmayaraq, gündəlik satışların azaldığını bildirirlər.
Bakıdakı qəssabların sözlərinə görə, bölgələrdən gətirilən ətin qiymətinə daşınma və satış xərcləri də əlavə olunur. Nəticədə paytaxtla bəzi rayonlar arasında qiymət fərqi 2 manata çatır.
Quzu ətinin qiymətində də fərq müşahidə olunur. Bakıda 15–17 kiloqramlıq quzuların ətinin kiloqramı 21 manata satılır. Əmlik quzuların əti isə daha baha təklif olunur.
Bölgələrdəki qəssablar son aylarda ətin qiymətinin mütəmadi artdığını bildirir. Onların bir qismi bahalaşmanın davam edəcəyini də istisna etmir.
Odlar.media