Mətn:
Odlar.media xəbər verir ki, oktyabrın 13-də Azərbaycanda havanın temperaturu 27 dərəcəyədək yüksələcək, bəzi ərazilərdə yağış yağacaq.
Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimal edilir. Temperatur gecə 17-20°, gündüz 22-26° isti olacaq.
Bölgələrdə havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi ərazilərdə yağış, şimşək və dolu müşahidə olunacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağa bilər. Gecə və səhər bəzi ərazilərdə duman olacaq.
Rayonlarda temperatur gecə 14-18°, gündüz 23-27° isti, dağlıq ərazilərdə isə gecə 4-9°, gündüz 13-18° isti təşkil edəcək.
Odlar.media