Odlar.media xəbər verir ki, sabah Bakı bulvarında Azərbaycanın milli çay mədəniyyətinə həsr olunan Çay Festivalı başlayacaq. Festival oktyabrın 18-dək davam edəcək.
Tədbirdə Azərbaycanın aparıcı çay istehsalçılarının məhsulları, bölgələrə məxsus şirniyyatlar və çay süfrəsini tamamlayan müxtəlif təamlar təqdim olunacaq.
Ziyarətçilər həmçinin ənənəvi və dekorativ çay süfrəsi əşyaları ilə tanış olmaq imkanı əldə edəcəklər. Festivalda çay mədəniyyəti ilə seçilən digər ölkələrin nümayəndələrinin də iştirakı nəzərdə tutulur.
Festivalın əsas məqsədi Azərbaycanın milli çay ənənələrini tanıtmaq, yerli istehsalçıların məhsullarını təşviq etmək və çayın xalqımızın qonaqpərvərlik mədəniyyətindəki rolunu nümayiş etdirməkdir.
Qeyd edək ki, festivala giriş sərbəstdir.
Odlar.media