Odlar.media xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Endi Börnhem Rusiyanın 2016-cı ildə ölkənin Avropa İttifaqından çıxması ilə bağlı keçirilən referendumuna müdaxilə etdiyini bildirib.
“The Rest Is Politics” podkastında danışan Börnhem qeyd edib ki, hökumət başçısı vəzifəsinə başladıqdan sonra Rusiyanın referendum prosesinə mümkün müdaxiləsi ilə bağlı məlumat istəyib və ona müdaxilənin baş verdiyi bildirilib.
Baş nazirin açıqlaması əvvəlki mühafizəkar hökumətlərin mövqeyindən fərqlənir. Həmin hökumətlər Rusiyanın referendumun nəticələrinə təsir göstərdiyini sübut edən dəlillərin olmadığını bildirirdilər.
Bununla belə, Börnhem mümkün müdaxilənin hansı sübutlara əsaslandığını və səsvermənin yekun nəticəsinə təsir edib-etmədiyini açıqlamayıb.
Qeyd edək ki, Britaniya parlamentinin Kəşfiyyat və Təhlükəsizlik Komitəsi 2020-ci ildə dərc etdiyi hesabatda hökuməti Rusiyanın referenduma mümkün müdaxiləsini lazımi səviyyədə araşdırmadığına görə tənqid etmişdi.
Börnhem xarici dövlətlərin Britaniyanın daxili siyasətinə müdaxiləsi barədə daha açıq danışmağın vacibliyini vurğulayıb.
Odlar.media