XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 09:51:42 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Fransalı deputat Rafael Qlüksmanna hücum edilib

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Avropa Parlamentinin deputatı, fransalı siyasətçi Rafael Qlüksmann hücuma məruz qalıb.
“Le Parisien” qəzetinin məlumatına görə, hadisə oktyabrın 11-də axşam saatlarında baş verib. “İctimai tribuna” partiyasının lideri ilkin seçkilərdəki qələbəsini qeyd etdiyi bardan çıxaraq taksiyə yaxınlaşarkən naməlum gənc onun üzərinə un səpib və hadisə yerindən qaçıb.
Qeyd edək ki, ilkin seçkilərin birinci turunda Qlüksmann 66,13 faiz, onun rəqibi Olivye For isə 14,48 faiz səs toplayıb. Beləliklə, Qlüksmann 2027-ci ilin yazında keçiriləcək prezident seçkilərində sosialistlərin və müttəfiqlərinin namizədi olub.
46 yaşlı siyasətçi 2019-cu ildən Avropa Parlamentinin üzvüdür. O, Ukraynaya dəstəyin davam etdirilməsini müdafiə edir və Jan-Lük Melanşonun rəhbərlik etdiyi “Tabe olmayan Fransa” partiyası ilə ittifaqın əleyhinə çıxış edir.

Odlar.media

Etiketlər: