XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 09:51:43 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Husilərin hücumları Səudiyyə Ərəbistanında narahatlığı artırıb

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, “Bloomberg” agentliyinin məlumatına görə, husilərin Ər-Riyad Beynəlxalq Hava Limanına hücumlarından sonra Səudiyyə Ərəbistanında narahatlıq artıb.
Məlumata əsasən, Böyük Britaniya Səudiyyə Ərəbistanına yanacaqdolduran təyyarə təqdim etsə də, Ər-Riyadın əlavə hərbi yardım tələbi hələ təsdiqlənməyib.
Ekspertlər hücumların münaqişəni daha da genişləndirə və ABŞ-ın qarşıdurmaya cəlb olunması riskini artıra biləcəyini bildirirlər. Beynəlxalq Böhran Qrupunun Yəmən üzrə eksperti Əhməd Naci hesab edir ki, husilər hücumları gücləndirməklə Səudiyyə Ərəbistanını hava əməliyyatlarını dayandırmağa məcbur etməyə çalışırlar.
Gərginlik ölkənin biznes mühitinə də təsir göstərib. BP və Shell şirkətlərinin bəzi yüksəkvəzifəli rəhbərləri Ər-Riyadda keçirilən Beynəlxalq Neft Konqresində iştirakdan imtina ediblər. Paytaxtda fəaliyyət göstərən bir sıra beynəlxalq şirkətlər isə əməkdaşlarını məsafədən iş rejiminə keçiriblər.

Odlar.media

Etiketlər: