Mətn:
Odlar.media xəbər verir ki, Türkiyənin Adana vilayətində zəlzələ qeydə alınıb.
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, yeraltı təkanlar Saimbeyli rayonunda baş verib.
Zəlzələnin maqnitudası 4,1 olub. Yeraltı təkanlar 7 kilometr dərinlikdə qeydə alınıb.
Zəlzələ nəticəsində hər hansı dağıntı və ya tələfat barədə məlumat verilməyib.
Odlar.media