Odlar.media xəbər verir ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 6-da hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, gecə və səhər saatlarında bəzi yerlərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı ehtimal olunur. Cənub-şərq küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 13-17° isti, gündüz isə 19-22° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu, nisbi rütubət isə 70-80 faiz təşkil edəcək.
Rayonlarda hava
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şərq rayonlarında, axşam isə ayrı-ayrı ərazilərdə arabir yağış yağacağı proqnozlaşdırılır.
Bəzi yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir. Dağlıq ərazilərdə qar yağması mümkündür. Gecə və səhər saatlarında bəzi yerlərdə duman müşahidə olunacaq.
Rayonlarda şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-13° isti, gündüz 19-24° isti, dağlıq ərazilərdə isə gecə 2-7° isti, gündüz 13-18° isti olacaq.
Odlar.media