XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 09:52:38 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Millət vəkili Elnarə Akimova: “Bu etimadı böyük məsuliyyət kimi qəbul edirəm”

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru Elnarə Akimova partiyanın VIII Qurultayında İdarə Heyətinə yenidən üzv seçilməsini böyük məsuliyyət kimi qiymətləndirib.
Elnarə Akimova bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyasının İdarə Heyətində ikinci dəfə təmsil olunmaq onun üçün ciddi məsuliyyətdir.
Deputat ona göstərilən etimadı minnətdarlıq hissi ilə qarşıladığını qeyd edib və partiyanın sədri, Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
“Bu etimadı yalnız bir vəzifə kimi deyil, dövlətçiliyimizə və xalqımıza xidmət yolunda üzərimə düşən məsuliyyətin ifadəsi kimi qəbul edirəm”, – deyə E.Akimova vurğulayıb.
O bildirib ki, YAP-ın VIII Qurultayı Azərbaycanın ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etdiyi yeni tarixi mərhələyə təsadüf edir. Deputatın sözlərinə görə, Zəfərdən sonra qarşıda duran əsas vəzifələr əldə edilmiş tarixi nailiyyətlərin möhkəmləndirilməsi, ölkənin inkişafının davam etdirilməsi və yeni dövrün çağırışlarına uyğun fəaliyyətin ortaya qoyulmasıdır.
E.Akimova bundan sonra da İdarə Heyətinin üzvü kimi ona göstərilən etimada layiq olmağa, dövlətçiliyin möhkəmləndirilməsinə, milli maraqların qorunmasına və Azərbaycanın inkişafına töhfə verməyə çalışacağını bildirib.
Odlar.media qeyd edir ki, Elnarə Akimova YAP-ın VIII Qurultayında partiyanın İdarə Heyətinə yenidən üzv seçilib.

Etiketlər: