XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 09:52:28 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Sumqayıtda zəhərlənən 21 şagird xəstəxanadan evə buraxıldı

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Sumqayıt şəhərində yerləşən 36 nömrəli tam orta məktəbdə zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilən 21 şagird evə buraxılıb.
Bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, şagirdlərdən 17-si oğlan, 4-ü isə qız olub. Onlar saat 10:20 radələrində zəhərlənmə şübhəsi ilə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya ediliblər.
Pasiyentlərə zəruri tibbi xidmət göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şagirdlər ambulator müalicə üçün evə buraxılıblar.
İlkin məlumatlara görə, hadisəyə mağazadan alınan “Chupa Chups” markalı konfet səbəb olub. Bildirilir ki, 2013-cü il təvəllüdlü 8-ci sinif şagirdi konfeti Saray qəsəbəsində yerləşən mağazalardan birindən alaraq sinif yoldaşları ilə birlikdə yeyib. Bundan sonra şagirdlərin səhhətində narahatlıq yaranıb.
Bununla yanaşı, Abşeron-Xızı Regional Təhsil İdarəsindən verilən ilkin məlumata görə, şagirdlərdən birinin evdən gətirdiyi qənnadı məmulatını sinif yoldaşları ilə paylaşdığı və bundan sonra onların özlərini pis hiss etdikləri ehtimal olunur.
Hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi üçün aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Odlar.media

Etiketlər: