Odlar.media xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski “Ukraine Facility” proqramı çərçivəsində ölkəsinə 2,9 milyard avro ayrılması ilə bağlı qərara görə Avropa İttifaqına (Aİ) təşəkkür edib.
Zelenski bu barədə sosial şəbəkələrdə paylaşım edib.
“Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə və Avropa İttifaqına üzv dövlətlərə “Ukraine Facility” proqramı çərçivəsində Ukraynaya 2,9 milyard avro ödənilməsi qərarına görə təşəkkür edirəm. Bu, Ukraynanın makromaliyyə dayanıqlığını təmin etməyə və müdafiə qabiliyyətimizi gücləndirməyə kömək edəcək çox vaxtında göstərilən dəstəkdir”, – deyə Zelenski bildirib.
Ukrayna Prezidenti əlavə edib ki, Kiyev və Aİ əldə olunmuş razılaşmaların həyata keçirilməsi üçün tam koordinasiya şəraitində fəaliyyət göstərirlər.
Zelenski göstərilən maliyyə yardımı və həmrəyliyə görə Avropa İttifaqına təşəkkürünü ifadə edib.
Odlar.media