Mətn:
Odlar.media xəbər verir ki, Cəlilabad rayonunun Hamarqışlaq kəndində yanğın hadisəsi baş verib.
Hadisə kənd ərazisində Rasim Əliyevə məxsus birmərtəbəli fərdi yaşayış evində qeydə alınıb.
Yanğın nəticəsində evə ziyan dəyib.
Hazırda hadisənin başvermə səbəbləri və dəymiş ziyanın həcmi aidiyyəti qurumlar tərəfindən araşdırılır.
Odlar.media