Mətn:
Odlar.media xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin əsas ixrac markası olan “Azeri Light”ın qiyməti artıb.
“Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,04 dollar və ya 0,88 faiz yüksələrək 119,26 dollar təşkil edib.
Bu arada, “Brent” markalı neftin bir barelinin qiyməti 0,72 dollar azalaraq 97,31 dollara, “Light” markalı neftin qiyməti isə 0,89 dollar ucuzlaşaraq 89,53 dollara düşüb.
Beləliklə, təqdim olunan göstəricilərə əsasən, sözügedən üç neft markası arasında yalnız “Azeri Light” üzrə artım qeydə alınıb.
Odlar.media