XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 10:24:28 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Yasamalda içməli su xəttində qəza baş verib

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Bakı şəhərinin Yasamal rayonunda içməli su xəttində qəza baş verib.
Hadisə H.Zərdabi küçəsi 69 ünvanından keçən, diametri 200 millimetr olan içməli su xəttində qeydə alınıb.
İri Şəhərlərin Su Təchizatı Xidmətindən verilən məlumata görə, qəza barədə rayon sukanal idarəsinə məlumat daxil olan kimi əraziyə qəza briqadası və texnika cəlb olunub. Görülən tədbirlər nəticəsində su axıntısının qarşısı alınıb.
Hazırda qəzanın aradan qaldırılması, xəttin təmiri və bərpası istiqamətində işlər davam etdirilir.
Bildirilib ki, işlər yekunlaşdıqdan sonra vəziyyətlə bağlı əlavə məlumat veriləcək.

Odlar.media

Etiketlər: