Mətn:
Odlar.media xəbər verir ki, xalq artisti Zaur Rzayevin səhhətində müəyyən yaxşılaşma müşahidə olunub və sənətçi xəstəxanadan evə buraxılıb.
Müğənninin yaxınları bildiriblər ki, Zaur Rzayev hazırda evdə müalicəsini davam etdirir və həkimlərin nəzarətindədir.
“Səhhəti bir az düzəlib. Evdə müalicəsi davam edir. Həkimlərin nəzarətindədir. Ümid edirik ki, yaxşı olacaq”, – deyə sənətçinin yaxınları açıqlamasında bildiriblər.
Qeyd edək ki, Zaur Rzayev sentyabrın 5-də xəstəxanaya yerləşdirilmişdi. Sənətçiyə qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozları qoyulmuş, ona zəruri tibbi xidmətlər göstərilmişdi.
Odlar.media sənətçinin səhhətinin daha da yaxşılaşmasını arzulayır.