Odlar.media xəbər verir ki, Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Xalq şairi Zəlimxan Yaqubun Gürcüstanda doğulub boya-başa çatdığı evi ziyarət edib.
Səfir burada şairin anası ilə görüşüb, onun səhhəti və vəziyyəti ilə maraqlanıb. Görüş zamanı Faiq Quliyev Zəlimxan Yaqubun həyat və yaradıcılığı ilə bağlı xatirələri dinləyib.
Səfir, həmçinin Zəlimxan Yaqubun ev-muzeyinin tikintisi ilə bağlı görülən işlərlə yerində tanış olub.
Faiq Quliyev layihənin əhəmiyyətini vurğulayaraq tikinti prosesinə dəstək göstəriləcəyini bildirib. Ki
Qeyd olunub ki, Zəlimxan Yaqubun zəngin ədəbi irsinin, milli-mənəvi dəyərlərə bağlılığının və əziz xatirəsinin gələcək nəsillərə çatdırılması mühüm əhəmiyyət daşıyır.
Odlar.media bildirir ki, ev-muzeyinin yaradılması şairin irsinin yaşadılması və onun xatirəsinin gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyətli layihə kimi qiymətləndirilir.
Odlar.media