XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 11:16:29 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Ölkə ərazisində yağıntılı hava müşahidə olunur – Faktiki hava açıqlanıb

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, sentyabrın 29-u saat 09:00-a olan faktiki hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur. Bəzi ərazilərdə şimşək çaxır və yağıntılar leysan xarakteri daşıyır.
Məlumata görə, ən çox yağıntı Tovuz və Şahbuzda 8 mm, Gədəbəydə 5 mm, Sarıbaş (Qax) və Balakəndə 4 mm, Zaqatala və Kürdəmirdə 3 mm qeydə alınıb.
Daşkəsən, Gəncə, Ağstafa, Şəki, Şahdağ və Lənkəranda 2 mm yağıntı düşüb.
Naxçıvan, Şərur, Culfa, Ordubad, Sədərək, Astara, Sabirabad, Şəmkir, Qobustan, İsmayıllı, Qəbələ, Qusar, Biləsuvar, Lerik, Kəlbəcər, Laçın, Şuşa, Xankəndi, eləcə də Bakı və Abşeron yarımadasında 1 mm-dək yağıntı qeydə alınıb.

Odlar.media

Etiketlər: