Odlar.media xəbər verir ki, bu gün Bakının Yasamal rayonunun bir sıra ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
“Azərişıq” ASC-dən bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin yüksəldilməsi və artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 29-da Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidmət ərazisində təmir işləri aparılacaq.
Təmir işləri ilə əlaqədar Azərbaycan prospekti, Əlövsət Quliyev, İslam Səfərli, Həzi Aslanov, Lev Tolstoy, Mirzə İbrahimov, Süleyman Tağızadə və Təbriz Xəlilbəyli küçələrində, həmçinin Birinci Alatava yaşayış massivinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Qeyd edilib ki, işlər başa çatdıqdan sonra həmin ərazilərdə abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması təmin ediləcək.
Odlar.media