XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 09:50:47 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Qızılın qiyməti 4 200 dollardan aşağı düşdü

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, əmtəə bazarlarında qızılın qiymətində kəskin ucuzlaşma qeydə alınıb.
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə 2026-cı ilin dekabr fyuçerslərinin qiyməti 3,03% azalaraq 4 190,2 ABŞ dollarına düşüb.
Bununla da qızılın qiyməti 4 200 dollar həddindən aşağı enib.
Eyni zamanda, COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin qiyməti 5,13% azalaraq 61,48 dollar təşkil edib.
Qeyd edək ki, günün əvvəlində qızılın dekabr fyuçerslərinin qiyməti 2,11% azalaraq 4 229,9 dollar, gümüşün qiyməti isə 3,71% azalaraq 62,4 dollar səviyyəsində olub.
Məlumatlar birja göstəricilərinə əsaslanır.

Odlar.media

Etiketlər: