XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 09:51:34 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Ermənistanda yanacağın qiyməti yenidən bahalaşıb – tarixi rekord qeydə alınıb

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Ermənistanda benzin və dizel yanacağının qiyməti yenidən artıb. Yerli KİV-in məlumatına görə, yanacağın qiymətində qeydə alınan son artım nəticəsində ölkədə faktiki olaraq yeni tarixi rekord müəyyənləşib.
İrəvandakı yanacaqdoldurma məntəqələrində Aİ-92 markalı benzinin bir litri hazırda orta hesabla 600 drama satılır. Əvvəlki qiymət 580 dram olub.
“Premium” markalı benzinin qiyməti isə 20-30 dram artaraq 620-630 drama yüksəlib. Dizel yanacağının qiymətində də analoji artım baş verib və hazırda bir litr dizel 710 drama təklif olunur.
Beləliklə, Ermənistanda həm benzin, həm də dizel yanacağının qiymətləri yeni rekord səviyyəyə çatıb.
Qeyd edək ki, 2026-cı ilin əvvəlində Azərbaycandan Ermənistana benzin və dizel yanacağının tədarükü də həyata keçirilib. Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan fevral ayında daha ucuz Azərbaycan benzininin tədarükünün artırılmasının ölkənin daxili bazarında qiymətlərin sabitləşməsinə kömək edə biləcəyini bildirmişdi.

Odlar.media

Etiketlər: