Mətn:
Odlar.media xəbər verir ki, UEFA Millətlər Liqasının qrup mərhələsinin 1-ci turu çərçivəsində bu gün Türkiyə və Fransa milli komandaları üz-üzə gələcək.
Qarşılaşmanı Azərbaycan və Türkiyə tamaşaçıları canlı izləyə biləcəklər. Matç Azərbaycanda CBC Sport, Türkiyədə isə ATV telekanalı vasitəsilə yayımlanacaq.
Qeyd edək ki, Türkiyə – Fransa görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Odlar.media