XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 10:24:20 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli görüş keçirilə bilər

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsi məsələsi Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı zamanı müzakirə olunub.
Bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib. Onun sözlərinə görə, belə bir görüşün yaxın perspektivdə keçirilməsi ehtimalı müzakirə edilib. Bununla belə, görüşün keçirilməsi ilə bağlı hazırda konkret razılaşma və tarix açıqlanmayıb.
Qeyd edək ki, sentyabrın 7-də Peskov Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar formatının bərpasının mümkünlüyünü istisna etmədiklərini, lakin görüşün yeri və dəqiq tarixinin müəyyənləşdirilmədiyini açıqlamışdı.
Sentyabrın 8-də Vladimir Putin və Donald Tramp arasında telefon danışığı baş tutub. Kremlin məlumatına görə, söhbət zamanı Ukraynadakı müharibənin mümkün qədər tez başa çatdırılması və Moskva ilə Vaşinqton arasında münasibətlərin gələcək perspektivləri müzakirə edilib.

Odlar.media

Etiketlər: