Odlar.media xəbər verir ki, Bakı-Quba magistralının Sumqayıt şəhəri ərazisində piyadanın ölümü ilə nəticələnən ağır yol qəzasında həlak olan şəxsin Azərbaycan Ordusunun kapitanı İsayev Elxan Tofiq oğlu olduğu müəyyənləşib.
Məlumata görə, Biləsuvar rayonunun Aşağı Cürəli kəndindən olan Elxan İsayev Vətən müharibəsində iştirak edib və döyüşlər zamanı yaralanıb. O, döyüşlərdə göstərdiyi şücaətə görə bir sıra medallarla təltif olunub.
İki qız atası olan zabit xidmətdə olduğu hərbi hissədən çıxaraq evə gedərkən faciəli qəzanın qurbanı olub.
Məlumata əsasən, Elxan İsayev Bakı-Quba magistralının Sumqayıt şəhəri ərazisində yolu keçmək istəyərkən avtomobil tərəfindən vurulub və hadisə nəticəsində həyatını itirib.
Şəhidlik zirvəsindən keçmiş, Vətən müharibəsinin ağır döyüşlərində yaralanaraq sağ qayıdan zabitin həyatını bu dəfə faciəli yol qəzası yarımçıq qoyub.
Elxan İsayevin nəşi bu gün doğulduğu Biləsuvar rayonunun Aşağı Cürəli kəndinə gətirilərək torpağa tapşırılıb.
Odlar.media olaraq mərhum zabitin ailəsinə, yaxınlarına və doğmalarına dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin!
Odlar.media