Odlar.media xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Andrey Kelinin Rusiyanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilməsi barədə fərman imzalayıb.
Məlumat hüquqi aktların rəsmi dərc edildiyi dövlət portalında yayımlanıb. Xəbər Rusiya mediası tərəfindən də təsdiqlənib.
Andrey Kelin 2019-cu ildən Rusiyanın Böyük Britaniyadakı diplomatik nümayəndəliyinə rəhbərlik edib. Rusiya Xarici İşlər Nazirliyi daha əvvəl onun Londondakı diplomatik fəaliyyət müddətinin planlaşdırıldığı kimi başa çatdığını və yeni səfirin daha sonra təyin olunacağını açıqlamışdı.
Odlar.media bildirir ki, Kelin 2026-cı ilin iyulunda Londondan ayrılıb və hazırda Rusiyanın Böyük Britaniyadakı diplomatik missiyasına müvəqqəti işlər vəkili rəhbərlik edir.
Putin Andrey Kelini Britaniyadakı səfir vəzifəsindən azad etdi
Mətn: