Odlar.media xəbər verir ki, sentyabrın 26-da Azərbaycanın əksər ərazilərində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq və əsasən yağıntısız keçəcək. Mülayim şimal-qərb küləyi səhər saatlarında şimal-şərq küləyi ilə əvəzlənəcək.
Paytaxt və Abşeron yarımadasında havanın temperaturu gecə 18-21°, gündüz isə 24-27° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 faiz, gündüz 50-60 faiz arasında dəyişəcək.
Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Bununla belə, gündüz bəzi dağlıq və dağətəyi ərazilərdə arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli leysan xarakteri daşıyacağı ehtimal edilir.
Bəzi ərazilərdə şimşək çaxacağı və dolu düşəcəyi mümkündür. Gecə və səhər saatlarında dağlıq ərazilərdə duman müşahidə olunacaq. Rayonlarda mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 18-21°, gündüz 27-32° isti olacaq. Dağlıq ərazilərdə gecə 10-15°, gündüz isə 19-24° isti proqnozlaşdırılır.
Odlar.media