Odlar.media xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus An-28 təyyarəsinin ekipajı Rusiya istehsalı “Gerbera” tipli pilotsuz uçuş aparatını göyərtədə quraşdırılmış “Minigun” pulemyotu ilə məhv edib.
Məlumata görə, ekipaj havada Rusiya PUA-sına atəş açaraq onu zərərsizləşdirib. Hadisənin görüntüləri də yayılıb. Ukrayna mənbələrində An-28 təyyarəsinin dronlara qarşı mübarizədə istifadə olunan hava platformalarından birinə çevrildiyi bildirilir.
“Gerbera” PUA-ları Rusiyanın müxtəlif məqsədlər üçün, o cümlədən aldadıcı və kəşfiyyat missiyalarında istifadə etdiyi pilotsuz sistemlər sırasında göstərilir. Ukrayna Müdafiə Nazirliyinin müvafiq resursunda “Gerbera”nın uçuş məsafəsinin 600 kilometrədək, maksimal sürətinin isə 160 km/saat olduğu qeyd olunur.
Odlar.media