Mətn:
Odlar.media xəbər verir ki, Ukraynanın Xarkov vilayətinin Staraya Hnılıtsa kəndində fermaya endirilən zərbə nəticəsində 6 nəfər həyatını itirib.
Bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat yayıb.
Onun sözlərinə görə, ölənlərdən 2-si kişi, 4-ü qadındır.
Hadisə nəticəsində daha 8 nəfər – ferma işçisi yaralanıb. Yaralılara zəruri tibbi yardım göstərilir.
Hadisənin digər detalları ilə bağlı əlavə məlumat verilməyib.
Odlar.media