XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 10:44:03 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Türk dövlətləri arasında şəxsiyyət vəsiqəsi ilə səfər imkanları müzakirə edilir

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Türk dövlətləri arasında vətəndaşların yalnız şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərlərinin təmin olunması məsələsi gündəmdədir.

Diplomatik və etibarlı mənbələrdən əldə edilən məlumata görə, Türk dünyasında inteqrasiya proseslərinin dərinləşdirilməsi çərçivəsində Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər türk dövlətləri arasında vətəndaşların daha sərbəst hərəkətinin təmin edilməsi ilə bağlı müxtəlif müzakirələr aparılır.

Əsas müzakirə mövzularından biri qarşılıqlı səfərlər zamanı xarici pasportun əvəzinə şəxsiyyət vəsiqəsindən istifadə imkanının yaradılmasıdır.

Belə bir mexanizmin tətbiqi Türk dövlətləri arasında əlaqələrin siyasi və diplomatik müstəvidən əlavə, sosial və iqtisadi sahələrdə də genişlənməsinə imkan yarada bilər. Şəxsiyyət vəsiqəsi ilə səfərlərin mümkün olması insanlar arasında əlaqələrin, turizm, təhsil, mədəni mübadilə və ailə münasibətlərinin inkişafına şərait yarada bilər.

Eyni zamanda, səfərlərin sadələşdirilməsi sahibkarların, investorların və şirkət nümayəndələrinin Türk dövlətləri arasında daha rahat hərəkət etməsinə, yeni biznes əlaqələrinin qurulmasına və iqtisadi əməkdaşlığın genişlənməsinə imkan verə bilər.

Xüsusilə Orta Dəhliz, nəqliyyat, logistika, enerji və ticarət layihələrinin inkişaf etdirildiyi bir dövrdə vətəndaşların hərəkət imkanlarının asanlaşdırılması iqtisadi inteqrasiyanın sosial əsaslarını da gücləndirə bilər.

Mənbənin məlumatına görə, hazırda bu istiqamətdə müxtəlif variantlar nəzərdən keçirilir. Hələlik bütün Türk dövlətləri üçün yekun qərarın qəbul edildiyi barədə məlumat yoxdur. Söhbət qarşılıqlı səfərlərin şəxsiyyət vəsiqəsi əsasında həyata keçirilməsinə dair təşəbbüslərin müzakirəsindən gedir.

Odlar.media

Etiketlər: