XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 10:25:09 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Sentyabrın 24-ü üçün hava proqnozu açıqlanıb

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, sentyabrın 24-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında bəzi yerlərdə zəif duman müşahidə ediləcək.
Cənub-şərq küləyinin axşam saatlarında mülayim şimal-qərb küləyi ilə əvəzlənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 20-23°, gündüz isə 27-32° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 70-80 faiz, gündüz 60-65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam saatlarında Quba-Qusar bölgəsinin bəzi yerlərində arabir yağış yağacağı proqnozlaşdırılır. Yağıntının ayrı-ayrı ərazilərdə leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir.
Gecə və səhər saatlarında dağlıq ərazilərdə duman olacaq. Rayonlarda mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 18-22°, gündüz 30-35° isti, dağlıq ərazilərdə isə gecə 12-17°, gündüz 21-26° isti olacaq.

Odlar.media

Etiketlər: