XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 09:52:32 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Prezident 20 məhbusu cəzanın çəkilməmiş hissəsindən azad edib

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Prezident İlham Əliyev azadlıqdan məhrum etmə və azadlığın məhdudlaşdırılması cəzalarına məhkum edilmiş bir qrup şəxsin cəzanın çəkilməmiş hissəsindən azad edilməsi barədə Sərəncam imzalayıb.
Sərəncama əsasən, 19 nəfər azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilib.
Siyahıda Azərbaycan vətəndaşları ilə yanaşı, Türkiyə, Rusiya, İsrail, Fransa və Pakistan vətəndaşları da yer alıb.
Cəzanın çəkilməmiş hissəsindən azad edilən şəxslər arasında Aydəmirov Cəsarət Səfərqulu oğlu, Bağırov Elşən Malik oğlu, Balabəyov Fikrət Əlibəy oğlu, Bayramov Hikmət Abduləli oğlu, Beybudlu Xəyal Nemət oğlu, Demir Mehmet, Əliyev Maarif Eldar oğlu, Kərimov Sahil Aqil oğlu, Qasımov Rəfail Güloğlan oğlu, Mikhayılov Kirill Vladimiroviç, Muradov Qurban Sultan oğlu, Musayev Cəlal İlham oğlu, Özdemir Salih, Rəhimov İqbal Əliabas oğlu, Rüstəmov Elman Yaşılxan oğlu, Ryan Martin Riçard, Sabir Sonia, Süleymanov Sürət Nemət oğlu və Süleymanzadə İlqar Vüqar oğlu var.
Bundan başqa, İmişli Rayon Məhkəməsinin 10 mart 2026-cı il tarixli hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Dadaşov Əziz İman oğlu da cəzasının çəkilməmiş hissəsindən azad edilib.
Beləliklə, Sərəncam ümumilikdə 20 şəxsi əhatə edib.

Odlar.media

Etiketlər: