Odlar.media xəbər verir ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-iyul aylarında Azərbaycanda 22 130 nikaha daxilolma və 11 678 boşanma halı qeydə alınıb.
Bu barədə Dövlət Statistika Komitəsinin ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrində məlumat verilib.
Məlumata görə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 4,6-dan 3,7-yə enib.
Eyni zamanda, hər 1000 nəfərə düşən boşanmaların sayı isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək 2,0 səviyyəsində qalıb.
Beləliklə, cari ilin ilk yeddi ayında qeydə alınan nikahların sayı boşanmaların sayından təxminən 1,9 dəfə çox olub.
Odlar.media xəbər verir ki, rəsmi statistika nikahların sayında azalma, boşanmaların nisbətində isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə sabitlik olduğunu göstərir.
Azərbaycanda ilin ilk 7 ayında 22 mindən çox nikah, 11 mindən çox boşanma qeydə alınıb
Mətn: