XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 10:28:54 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Rayonlarda leysan yağış və duman müşahidə olunub

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, bu gün saat 09:00-a olan məlumata görə, Azərbaycanın əksər rayonlarında hava şəraiti əsasən yağmursuz keçib.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, axşam və gecə saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb.
Düşən yağıntının miqdarı Balakəndə 15, Sarıbaşda (Qax) 12, Zaqatalada 8, Quba və Qusarda 3, Naftalan və İsmayıllıda isə 1 millimetrədək qeydə alınıb.
Bundan başqa, Şəmkir, Xızı, Şahdağ, Sabirabad və Lerikdə duman müşahidə olunub. Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.
Odlar.media hava şəraiti ilə bağlı məlumatları təqdim etməyə davam edir.

Etiketlər: