XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 10:01:47 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Yumurta alarkən bu detallara diqqət edin: Sağlam görünən məhsul təhlükəli ola bilər

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, gündəlik mətbəx alış-verişlərində tez-tez alınan yumurtaları seçərkən yalnız qablaşdırmanın xarici görünüşünə diqqət yetirmək kifayət deyil. İlk baxışdan sağlam görünən qutuların içərisində gözlə çətin görünən mikroçatlı və zədələnmiş yumurtalar ola bilər.
Mütəxəssislərin sözlərinə görə, yumurtanın karton qablaşdırmaya yapışması diqqətdən kənarda qalmamalıdır. Qabıq üzərində yaranan mikroçat nəticəsində yumurtanın mayesi sızaraq kartona yapışa bilər. Bu səbəbdən alış zamanı qutunu açaraq yumurtaların yuvalarında sərbəst hərəkət edib-etmədiyini yoxlamaq tövsiyə olunur.
Nəmlik və sızıntı izləri bakteriya riskini artıra bilər
Yumurta qutusunda nəm, islanma və ya sızıntı izlərinin olması qırılmış və ya çatlamış yumurtanın göstəricisi ola bilər. Qabığın qoruyucu təbəqəsi zədələndikdə, başda Salmonella olmaqla qida mənşəli bakteriyaların yumurtanın daxilinə keçmə riski arta bilər.
Bundan başqa, zədələnmiş yumurtadan sızan maye alış-veriş çantasına, mətbəx səthlərinə və soyuducuda saxlanılan digər məhsullara yayıla bilər. Bu isə çarpaz çirklənmə riskini artırır.
Mütəxəssislər istehlakçılara yumurta alarkən qablaşdırmanı açaraq məhsulların vəziyyətini, qutuda nəmlik və sızıntı izlərinin olub-olmadığını, həmçinin son istifadə tarixini yoxlamağı tövsiyə edirlər.
Beləliklə, yumurta seçərkən yalnız qutunun bütöv və təmiz görünməsinə deyil, məhsulların öz vəziyyətinə də diqqət yetirmək vacibdir.

Odlar.media

Etiketlər: