XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 09:50:30 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Mətləb Musayev Sumqayıt Şəhər Xəstəxanasına baş həkim təyin edildi

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr dəyişiklikləri davam edir.
TƏBİB-in icraçı direktoru Anar Bayramovun imzaladığı müvafiq əmrə əsasən, Mətləb Musayev Sumqayıt Şəhər Xəstəxanasının baş həkimi vəzifəsinə təyin edilib.
Mətləb Musayev bundan əvvəl uzun müddət Sumqayıt şəhər 1 nömrəli Şəhər Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. Daha sonra həmin tibb müəssisəsinin Urologiya şöbəsində uroloq-cərrah kimi fəaliyyət göstərib.
İxtisasca uroloq-cərrah olan Mətləb Musayev tanınmış müğənni Mənzurə Musayevanın qardaşıdır.
Qeyd edək ki, Mətləb Musayev 2026-cı ilin yanvarında 1 nömrəli Şəhər Xəstəxanasının baş həkimi vəzifəsindən azad edilmiş və ixtisasına uyğun olaraq Urologiya şöbəsində həkim-uroloq vəzifəsinə keçirilmişdi.

Etiketlər: