Mətn:
Odlar.media xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində bu ölkənin dövlət naziri Səid bin Mübarək Əl-Hacəri ilə görüşüb.
Hikmət Hacıyev görüş barədə “X” hesabında paylaşım edib.
Görüş zamanı Azərbaycan və BƏƏ arasında strateji tərəfdaşlıq çərçivəsində dinamik inkişaf edən ikitərəfli münasibətlər nəzərdən keçirilib. Tərəflər, həmçinin regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Hikmət Hacıyev bildirib ki, Azərbaycan və BƏƏ regional orta güclər kimi beynəlxalq münasibətlərdə sabitliyə, əməkdaşlığa və dialoqa töhfə verən müsbət və konstruktiv rol oynayırlar.