Mətn:
Odlar.media xəbər verir ki, Cəlilabad və Masallı rayonlarının ərazisində güclü duman müşahidə olunur.
Hazırda Ələt-Astara magistral yolunun sözügedən rayonlardan keçən ayrı-ayrı hissələrində duman səbəbindən görünüş məsafəsi təxminən 100 metrə qədər azalıb.
Bununla belə, magistral yolda nəqliyyat vasitələrinin hərəkəti davam edir.
Sürücülərə dumanlı hava şəraitində hərəkət zamanı xüsusilə diqqətli olmaları, sürət həddinə və təhlükəsizlik qaydalarına riayət etmələri tövsiyə olunur.
Odlar.media