Mətn:
Odlar.media xəbər verir ki, Avropada təbii qazın qiyməti 2022-ci ilin dekabrından bəri ilk dəfə min kubmetr üçün 1000 dollar həddini keçib.
Məlumata görə, rekord artım Londonun ICE birjasında keçirilən hərraclar zamanı qeydə alınıb. Niderlandın TTF qaz habının indeksi üzrə qiymət hərraclarda 1004 dollara yüksəlib.
Bu göstərici meqavat-saat üçün 84,07 avroya bərabərdir.
Avropada qış mövsümü ərəfəsində qaz anbarlarındakı ehtiyatların nisbətən aşağı səviyyədə qalması fonunda qiymətlərin daha da yüksələ biləcəyi barədə daha əvvəl proqnozlar səsləndirilib.
Odlar.media