XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 10:01:47 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Azərbaycanda məktəbə başlayan uşaqların sayı sürətlə azalır: 2032-ci ildə 81 minə düşə bilər

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Azərbaycanda son illər doğulan uşaqların sayının azalması yaxın gələcəkdə məktəblərdə I sinfə qəbul göstəricilərinə də ciddi təsir göstərəcək.
Xəbər verdiyimiz kimi, son 10 ildə Azərbaycanda I sinfə gedən uşaqların sayı təxminən 40 min nəfər azalıb.
2026–2027-ci tədris ilində ölkə üzrə təxminən 124 min uşaq I sinfə gedəcək. Bu göstərici 2016–2017-ci tədris ilindəki 164 min nəfərlə müqayisədə 24,4 faiz azdır.
Dövlət Statistika Komitəsinin məlumatları da ölkədə doğum sayının son illərdə əhəmiyyətli dərəcədə aşağı düşdüyünü göstərir. Belə ki, Azərbaycanda 2021-ci ildə 112 284, 2022-ci ildə 122 846, 2023-cü ildə 112 620, 2024-cü ildə 102 310, 2025-ci ildə isə 95 875 uşaq doğulub.
2026-cı ilin tam statistikası hələ açıqlanmasa da, cari ilin yanvar–iyun aylarında ölkədə 40 800 uşaq dünyaya gəlib.
Mövcud demoqrafik tendensiya davam edərsə, qarşıdakı illərdə məktəblərə daxil olan uşaqların sayında daha ciddi azalma müşahidə oluna bilər. İlkin hesablamalara görə, 2032-ci ildə Azərbaycanda I sinfə gedəcək uşaqların sayı təxminən 81 min nəfər təşkil edə bilər.
Bu isə 2026-cı ildəki göstəricidən təxminən 43 min nəfər az deməkdir.
Beləliklə, 2016–2026-cı illər ərzində I sinfə gedən uşaqların sayında təxminən 40 min nəfərlik azalma olduğu halda, qarşıdakı 6 il ərzində daha 43 min nəfərlik geriləmə ehtimalı yaranır.
Bu rəqəmlər Azərbaycanda doğum səviyyəsinin azalmasının təkcə demoqrafik göstərici olmadığını, eyni zamanda yaxın illərdə təhsil sisteminin, məktəb şəbəkəsinin və müəllim tələbatının formalaşmasına da ciddi təsir göstərə biləcəyini göstərir.
Odlar.media bildirir ki, demoqrafik azalmanın davam etməsi məktəblərdə şagird sayının, siniflərin komplektləşdirilməsinin və təhsil infrastrukturundan istifadənin yenidən nəzərdən keçirilməsini zəruri edə bilər.

Etiketlər: