XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 09:50:40 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

AMB-də departamentin adı dəyişdirildi – yeni şöbə yaradıldı

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Azərbaycan Mərkəzi Bankında (AMB) “Bazar davranışlarının tənzimlənməsi departamenti”nin adı dəyişdirilib.
Yeni Əsasnaməyə əsasən, departament bundan sonra “Bazar davranışlarına nəzarət və tənzimləmə departamenti” adlandırılacaq.
Departament bank və sığorta şirkətlərində bazar davranışlarına birbaşa nəzarət həyata keçirəcək. Bununla yanaşı, yoxlama və monitorinqlər aparacaq, maliyyə institutlarının risk profillərini müəyyənləşdirəcək və test məqsədli alışlar həyata keçirəcək.
Departamentə əvvəlki kimi Tamerlan Əliyev rəhbərlik edir.
Bundan başqa, AMB-də Maliyyə məlumatlılığı və peşəkar inkişaf şöbəsi yaradılıb. Şöbəyə III “Yüksəliş” müsabiqəsinin qalibi İlahə Baxışova-Tahirli rəhbər təyin olunub.

Odlar.media

Etiketlər: