XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 09:50:34 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Filoloq, yazıçı-publisist və şair Qədiməli Əhməd vəfat edib

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, filoloq, yazıçı-publisist və şair Qədiməli Əhməd dünyasını dəyişib.
Bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat yayıblar.
Qədiməli Mahmud oğlu Ağayev 1957-ci ildə Lerik rayonunun Şivlə kəndində anadan olub. O, uzun illər ədəbi, elmi və publisistik yaradıcılıqla məşğul olub.
Onun bədii, elmi və publisistik yazıları müxtəlif illərdə “Bolluq uğrunda”, “Kənd soveti”, “Lerik”, “Azad təfəkkür”, “Qanun və zəka” və digər qəzetlərdə, həmçinin “Kənd əməkçisinin təqvimi”, “Təbiət”, “Azərbaycan”, “Ulduz”, “Şəfəq”, “Məşəl”, “Yazı” və digər jurnallarda dərc olunub.
Qədiməli Əhməd səkkiz kitabın və əlliyə yaxın elmi-publisistik məqalənin müəllifidir. Onun “Hara tələsirsən, durna qatarı”, “Tənha kölgə”, “Dünyamın dünyası” adlı şeir və poema kitabları, eləcə də “Bəyaz saçların yaşıl işığında” və “Elm və zəka işığında” adlı publisistik əsərləri oxuculara təqdim olunub.
Qeyd edək ki, Qədiməli Əhməd tanınmış şair Xalid Mahmudun atasıdır.

Odlar.media mərhumun ailəsinə, yaxınlarına və bütün doğmalarına dərin hüznlə başsağlığı verir, şairin son yazdığı şeirini oxucularına təqdim edirik.

Mən də o şəhərdə bir ay qaldım,
əzizim,
sıxıldım qəfəsdəki yarımcan bir quş kimi.
Hər günüm
burda aldanış kimi…

Havası ağır olur yad məmləkətin,
nə qədər görünsə də qəribə, cazibəli.

Gözlərimdə taleyin ağır saatlarıdı,
demirəm, ömür yarıdı,
bəlkə, saatlar qalıb,
bəlkə, illər qabaqda.

Mən qovdummu zamanı,
ya zaman məni qovdu,
Bir gün ayılıb gördüm,
ömrüm məndən xəbərsiz
zaman üçün bir ovdu.

Bu yataq,
bu çarpayı
məhbus otağı kimi,
hələ də “azadlığın” sonuna yol saxlayır…

 

Qədiməli Əhməd

Mənbə: Odlar.media

Etiketlər: