XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 09:50:37 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

“Həyat iki uclu ox kimidir…” – Şahnaz Şahindən həyatın sınaqlarına dair şeir

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Gecə yarısı Gunel Natiqin votsap bölümünə bir yazı atıb fikrini istəmişdim. (Yeri gəlmişkən yazı mənim deyil)
Səhər cavab mesajını dinləyib onun romantik səsinə təkrar vuruldum. Amma sonrakı mesajı kövrəltdi, titrək səsindən məşhur mahnıda deyildiyi kimi, duydum ki, necədi…
İnsan özü üçün yaşasa nə var ki! Nə həyatı nə də ölümü kimsəni maraqlandırmayan adamlara birdəfəlik nə xoşbəxt nə də bədbəxt demək olur. Bir də var sənin varlığın başqa birinin, bəlkə daha çox insanın həyata daha bərk-bərk sarılması, sevinci ola.
O zaman şahın da, atın da gedişi dəyişir, ortaya indiyəcən sənə məlum olmayan yolları çıxarır, gedişləri göstərir Uca Rəbbimiz!..

Ps.: Şeiri isə çoxdan yazmışam, bu sabahın ritminə düşdüyü üçün oxşar hallardan baş çıxaran, başı çıxan dostlar və oxuculara ərməğan elədim…
Post.: Şəkil də Şabranda bərabər keçirdiyimiz günlərin yadigarıdı.
Əzizim Günəş! Demə ki, ” görəsən heç bir də olarmı yenə?!..” Ürəyini sərin saxla, su gələn arxa bir də gələr!

 

Çətin… Asan

 

Ölmək asandı, dostum
Çətini yaşamaqdı
Bəxtinə düşən yükü
Çiynində daşımaqdı

Yaşamaqdı şaxtada
Günəş tapıb isinmək
Qapqara gecələrdə
Çəhrayıca düşünmək

Kədəri boğazlayıb
Sevinci doğmaq özü.
Səhralara çöllərə
Yağış tək yağmaq özü

Çətindi ağac olmaq
Bar gətirmək çətindi.
Könlünə Allah kimi
Yar gətirmək çətindi.

Bu həyat iki uclu
Ox kimidi əzizim
Ovcunda dən kimidi,
Sinəndə ah kimidir
Dilində off bitirən
Vaxt kimidir əzizim

İndi bu sən bu həyat
Götür geyin əyninə.
Bir də xoş gəldin dostum
Bu dünyanın oyununa!

 

Müəllif: Şahnaz Şahin

Mənbə: Odlar.media

Etiketlər: