Odlar.media xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin yüzlərlə pilotsuz uçuş aparatı (PUA) Rusiyanın Rostov vilayətinə hücum edib.
Rostov vilayətinin qubernatoru Yuri Slyusarın “Telegram” kanalında yaydığı məlumata görə, hava hücumundan müdafiə sistemləri vilayətin 10 rayonunda, o cümlədən Kuybışevski, Azovski və Şoloxovski rayonlarında təxminən 100 PUA-nı vurub.
Qubernatorun sözlərinə görə, Çertkovski rayonunda PUA qalıqlarının düşməsi nəticəsində quru ot örtüyü alışıb. Yanğın söndürülüb, hadisə nəticəsində xəsarət alan olmayıb.
Y.Slyusar vilayətdə pilotsuz uçuş aparatlarının hücumu təhlükəsinin hələ də davam etdiyini bildirib.
Qeyd edək ki, bundan əvvəl Ukrayna PUA-larının sentyabrın 8-nə keçən gecə Rusiyanın Saratov vilayətinə də hücum etdiyi barədə məlumat yayılıb. Hücum nəticəsində Saratovda infrastruktura ziyan dəydiyi və itkilərin olduğu bildirilib.
Odlar.media