Mətn:
Odlar.media xəbər verir ki, Beyləqan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qəza nəticəsində 1962-ci il təvəllüdlü Seymur Kərimov həlak olub. Məlumata görə, mərhum rayonda tanınmış müəllimlərdən biri olub.
Seymur Kərimov uzun illər Beyləqan şəhər Humanitar Fənlər Təmayüllü Liseyində gənclərin çağırışaqədərki hərbi hazırlığı fənnini tədris edib.
Hadisə zamanı onun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə “Ford” markalı nəqliyyat vasitəsi toqquşub. Nəticədə S.Kərimov hadisə yerində həyatını itirib.
Qəza zamanı onun 1996-cı il təvəllüdlü qızı Aytən Muradova da müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
Odlar.media